İmam Hüseyn qübbəsinin altında edilən dualar nə vaxt qəbul olur?


Digərləri 15 Okt 2019 22:55:00 332 0

İmam Hüseyn qübbəsinin altında edilən dualar nə vaxt qəbul olur?

İmam Əli (ə) buyurmuşdur: "Ən xoşbəxt insan o kəsdir ki, bizə görə beş əməli yerinə yetirər:

1. Bizim fəzilətləri tanıyar.

2. Bizə olan sevgisi xalis olar.

3. Əhli-Beytin (ə) vasitəsilə Allaha yaxınlaşar.

4. Əhli-Beytin (ə) sözlərinə əməl edər.

5. O şeyi ki, qadağan ediblər, ondan çəkinər".

Hər kim bu beş əməli yerinə yetirər, dünyada Əhli-Beyt (ə) davamçısı olar, axirət isə onlarla birlikdə olar.

İnsanın İmamlar (ə) barəsində biliyi hər nə qədər çox olarsa onları ziyarət etmək daha cazibəli olar.

Hədislərimiz buyurur ki, İmam Hüseyn (ə) qübbəsinin altında edilən dualar qəbul olar. Ancaq hər dua deyil. Bəlkə o dua ki, bəzi şərtlərə malik olmalıdır. Duanın sərhədləri vardır. O dua ki, yerinə yetirilməsi mahaldır, onu Allahdan istəmək olmaz.

(adsgarden = window.adsgarden || []).push({});