Gəncənin qədim nanə arağının 7 faydası –


Digərləri 15 Okt 2019 22:02:00 986 0

Gəncənin qədim nanə arağının 7 faydası –

Bu araq növü, daha doğrusu nanənin cövhəri Azərbaycanda ən azı 200 illik tarixi olan türkəçarə reseptidir.

Təbii müalicəvi xüsusiyyətlərə malik nanə, cəfəri, şahtərə, şaftalı yarpağından hazırlanan araqların sirri Gəncə və ətraf rayonlarda qorunub saxlanılıb və bu gün də ora gedəndə insanlar ailələri, xəstələri üçün xüsusi olaraq nanə arağı sifariş edir.

Adına "araq" deyilməsinə baxmayaraq, bu tipli məhlullar adi spirtli içkilər kimi istifadə olunmur, orqanizmdə gedən proseslərin tənzimlənməsindən tutmuş şəkərli diabet, böyrək, ürək xəstəliklərinin müalicəsində istifadə edilir.

Son.az medicina.az-a istinadən  nanə arağının hansı xəstəliklərdə faydalı olduğunu təqdim edir.

1.Nanə arağı həzm orqanlarının ən müxtəlif pozulmaları: sancı, köp, meteorizm, ağrılar, ürəkbulanma, qusma, diareya, zəhərlənmə, kolit zamanı çox müsbət təsir edir, həzmə kömək edir, iştahı açır

2.Bağırsaqlarda qurd və parazitləri məhv edir

3.İmmuniteti qaldırır, orqanizmi yeniləyir

4.Burun, boğaz yollarını dezinfeksiya edir, anginada qarqara olunur, burun axmasında burun yuyulur

5.Stress, depressiya zamanı sinirləri sakitləşdirir

6.Baş və miqren ağrılarında gicgaha çəkilir, bir qədər içilir

(adsgarden = window.adsgarden || []).push({});