Rəcəb Tayyib Ərdoğan: Dağlıq Qarabağ probleminin ən qısa müddətdə Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsi üçün əlimizdən gələni edəcəyik


Siyasət 15 Okt 2019 22:44:00 78 0

Rəcəb Tayyib Ərdoğan: Dağlıq Qarabağ probleminin ən qısa müddətdə Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsi üçün əlimizdən gələni edəcəyik

Dağlıq Qarabağ probleminin ən qısa müddətdə sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsi üçün əlimizdən gələn səyləri göstərməyə davam edəcəyik.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə çıxışı zamanı deyib.

Türkiyə Prezidenti bildirib:

"Hörmətli prezidentlər.

Hörmətli qurucu Prezident.

Hörmətli Baş Nazir.

Hörmətli nazirlər, əziz qardaşlarım.

Sizi ən səmimi hisslərimlə, məhəbbətlə və hörmətlə salamlayıram. Türk Şurasının VII Zirvə Görüşü ilə əlaqədar "Odlar Yurdu" can Azərbaycanın paytaxtı Bakıda olmaqdan böyük məmnunluq duyuram.

Zirvə toplantısına ev sahibliyi edən İlham Əliyev qardaşıma qonaqpərvərliyinə görə təşəkkürümü bildirirəm.

Fürsətdən istifadə edərək, Türk Şurasına sədrliyi ötən il uğurla öz üzərinə götürən möhtərəm qardaşım Prezident Jeenbekovu təbrik edirəm.

Naxçıvan Sazişinin onuncu ildönümünə təsadüf edən və əziz qardaşım Şavkat Mirziyoyevin də aramızda tamhüquqlu üzv olaraq qatıldığı bu Zirvə Görüşü həqiqətən tarixi əhəmiyyətə malikdir. Özbəkistana ürəkdən "Aramıza xoş gəldiniz!" deyirəm.

Bu Zirvə Görüşünü tarixi edən digər bir məqam isə türk dünyasının ağsaqqalı, Qazaxıstan Respublikasının qurucu Prezidenti əziz qardaşım elbası Nazarbayevə minnətdarlığımızın bir göstəricisi olaraq təklifim əsasında Türk Şurasının fəxri prezidenti adının təqdim edilməsidir. Hörmətli ağsaqqalım, Zati-alinizə təqdirlərimi və təbriklərimi ifadə edirəm.

Macarıstanın Baş Naziri əziz dostum cənab Viktor Orbanı bu il aramızda görməkdən bir daha böyük məmnunluq duyuruq.

Fürsətdən istifadə edib baş katibimiz hörmətli Bağdad Amreyevə və komandasına əzmkar səylərinə görə təşəkkür edirəm.

Hörmətli qardaşlarım, Türk Şurası kimi təsisatların dünya siyasətində rolunun daha da artdığını görürük. Türk Şurasının digər çoxtərəfli platformalarla əməkdaşlığına və əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməsinə önəm veririk. Şuranın BMT Baş Assambleyasında və İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi statusuna sahib olmasını arzu edirik. Beləliklə, türk dünyasında ortaq bir fondun qurulması təklifini dəstəkləyirik. Ancaq əvvəlcə bu fondun maliyyə, hüquqi və inzibati təməlləri sağlam qoyulmalıdır. Bu məsələdə katibliyin əlaqələndirməsi ilə aidiyyəti milli və beynəlxalq qurumların da təcrübəsindən istifadə edilərək genişmiqyaslı iş görülməsinin faydalı olduğunu düşünürük.

Beynəlxalq ticarətin dollar əsaslı olması qeyri-müəyyənlik şəraitində risklər yaradır. Buna görə iqtisadiyyatlarımız üzərindəki valyuta təsirini azaldacaq mexanizmləri tətbiq etməliyik. Yerli valyutalarla ticarətə əhəmiyyət verdiyimizi xüsusilə qeyd etmək istəyirəm.

Hörmətli qardaşlarım, Şərq-Qərb istiqamətində orta dəhliz üzərindən Xəzərdən və Türkiyə ərazisindən keçən nəqliyyat marşrutları böyük potensiala malikdir. Bu marşrutdan tam mənasında istifadə etməyimiz gömrüklərimiz arasında əməkdaşlığın inkişafından asılıdır. Təəssüf ki, kvotalar ticarətimizin qarşısında duran ən böyük maneələrdən biridir. Türk Şurası olaraq, aramızdakı kvotaları ortadan qaldırmalıyıq. Bundan başqa, diasporlarımızın birgə fəaliyyət göstərmələrinə dair layihələrə də önəm verməliyik.

Hazırda Türk Şurasına üzv ölkələrdən təxminən 1300 tələbəyə Türkiyə təqaüdləri ilə universitetlərdə təhsil almaq imkanı təqdim edirik. Türkiyə universitetlərindən məzun olan on minlərlə tələbəmiz, şükür olsun, bu gün həkim, mühəndis, məmur, siyasətçi kimi türk dünyasına qürurla xidmət edir. Başda mədəniyyət və təhsil olmaqla elm, tarix, gənclər, idman, arxiv, kitabxanaçılıq kimi sahələrdəki fəaliyyətimizi genişləndirərək davam etdirməliyik. Beləliklə, mərkəzi Bakıda yerləşən TürkPA-nı, Türk Mədəniyyəti və İrsi Fondunu, Astanadakı Türk Akademiyasını və Ankarada fəaliyyət göstərən TÜRKSOY-u hamımız birlikdə dəstəkləməliyik. Bu təşkilatlarımız arasında əlaqələri genişləndirəcək əlaqələndirmə komitəsinin yaradılmasına dair qərarı Zirvə Görüşündə qəbul etməyi nəzərdə tuturuq.

Müasir dövrdə bölgəmizdə sülhə və əmin-amanlığa ən böyük təhdid mənbəyi terror təşkilatlarıdır. PKK/YPG, İŞİD, FETÖ kimi şər şəbəkələrinin mövcudluğu təhlükəsizlik sahəsindəki əməkdaşlığımızın əhəmiyyətini artırmışdır. Suriyada son səkkiz ildir yaşadıqlarımız isə bir terror təşkilatının əli ilə digərinin məhv edilməsinin mümkün olmadığını göstərmişdir. Ölkə olaraq PKK/YPG-ni ortadan qaldırmaq məqsədilə oktyabrın 9-da çox mühüm bir addım atdıq. "Sülh çeşməsi" əməliyyatımızın iki əsas məqsədi var. Bunların birincisi, Suriyanın şimalındakı PKK/YPG-dən gələn terror təhdidinin tamamilə aradan qaldırılmasıdır. Əməliyyatımızın ikinci qayəsi isə səkkiz ildir müsafir etdiyimiz 3 milyon 650 min suriyalı ərəbin öz ölkələrinə, vətənlərinə sağ-salamat qayıda bilmələrini təmin etməkdir. Bundan başqa, təxminən 350 min suriyalı kürdü ölkəmizdə qonaq qəbul edirik.

Bu gün əməliyyatın yeddinci günündəyik. Əməliyyatımız BMT Baş Assambleyasının 74-cü toplantısında bütün dünyaya nümayiş etdirdiyimiz təhlükəsiz bölgə xəritəsinə uyğun şəkildə uğurla davam edir. Bu gün səhərədək təxminən min kvadratkilometrlik ərazini separatçı terror təşkilatının işğalından azad etdik. İnşallah, qısa zamanda Münbiçdən İraqla sərhədimizə qədər olan bölgəni təhlükəsiz vəziyyətə gətirib ilk mərhələdə bir milyon, daha sonra iki milyon suriyalı qaçqının öz istəkləri ilə evlərinə qayıtmalarını təmin edəcəyik. Afrin, Cerablus, Azezdə olduğu kimi, burada da beynəlxalq dəstəklə infrastruktur, məktəb, xəstəxana və ev layihələri ilə sabitliyi təmin edəcəyik.

Suriyanın şimalı sülh çeşmələri ilə yenidən cücərənə, hədəflərimizə çatana qədər mübarizəmizi davam etdirəcəyik. Ulu əcdadımız Dədə Qorqudun dediyi kimi, "Yaxşı dost yaxşı gündə çağırılanda, pis gündə isə çağırılmadan gələndir". Bəli, Türkiyənin terrora qarşı apardığı ölüm-dirim mübarizəsində siz qardaşlarımdan çox güclü həmrəylik gözləyirik. Əməliyyatın başladığı andan etibarən Türkiyəyə dəstək verən bütün liderlərə buradan bir daha təşəkkür edirəm. Üç yüz milyonluq türk dünyasındakı hər bir qardaşımın qəlbinin bizimlə döyündüyünü, ölkəmiz və qəhrəman ordumuz üçün dua etdiyini çox yaxşı bilirəm. Eyni qaydada 15 iyul gecəsi 251 insanımızı şəhid edən, 2193 insanımızı yaralayan FETÖ təşkilatı ilə mübarizədə ölkəmizə verdiyiniz dəstəyi davam etdirməyinizi xahiş edirik. Türkiyə Maarif Fondu vasitəsilə əlimizdən gələn hər cür töhfəni verməyə hazırıq.

Hörmətli qardaşlarım, milli mübarizələrimizdə bir-birimizin yanında durmaq qardaşlığımızın borcudur. Azərbaycanın əzəli torpağı Dağlıq Qarabağın və ətrafının Ermənistanın işğalı altında qalması bir milyon qardaş-bacımızı evlərindən, yurdlarından uzaqda qaçqın və köçkün vəziyyətində yaşamağa məcbur edib. BMT Baş Assambleyasındakı nitqimdə də dediyim kimi, bu, qəbuledilməz bir vəziyyətdir. Türk dünyasının əsas hissəsi olan Kipr türkləri problemin həll olunmamasından hələ də əziyyət çəkirlər. Gözləntimiz kiprli türklərin məruz qaldıqları haqsız təcrid və embarqonun aradan qaldırılmasına yardım etməyinizdir.

Bu düşüncələrlə çıxışımı yekunlaşdırarkən Türk Şurasının bu günlərə gəlməsində əməyi olan hər kəsə təşəkkürlərimi bildirirəm. İnşallah, gələn il Türkiyədə keçiriləcək səkkizinci Zirvə görüşümüzdə Türkmənistanı da tamhüquqlu üzv olaraq aramızda görəcəyimizə inanıram.

Zirvə Görüşümüzün xeyirli olmasını diləyir, Sizin vasitənizlə türk dünyasındakı bütün qardaşlarıma buradan salam və sevgilərimi göndərir, Türkmənistanın iştirakı ilə də, bəli, altı dövlət - bir millət olmağı arzu edirik.

Allah köməyiniz olsun. Təşəkkür edirəm".

Prokuror BDU-nun müəlliminə qarşı 50 min manat dələduzluq edən şəxsə cəza istədi like
  • 15 Okt 22:40  
Digərləri Prokuror BDU-nun müəlliminə qarşı 50 min manat dələduzluq edən şəxsə cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət verməyə

arrow Ətraflı
Ərbəin yürüşü – hərəkətli etikafdır like
  • 15 Okt 22:40  
Digərləri Ərbəin yürüşü – hərəkətli etikafdır

Möhtəşəm Ərbəin yürüşü beynəlxalq xarakter daşıyır. Belə ki, etik

arrow Ətraflı
Rəcəb Tayyib Ərdoğan: Dağlıq Qarabağ probleminin ən qısa müddətdə Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsi üçün əlimizdən gələni edəcəyik like
  • 15 Okt 22:39  
Digərləri

Dağlıq Qarabağ probleminin ən qısa müddətdə sülh yolu ilə və Azərbay

arrow Ətraflı
Qırğızıstan Prezidenti: Azərbaycanın sədrliyi ilə iqtisadiyyatın, ticarətin, investisiyaların və digər sahələrin inkişafı üzrə əməkdaşlıq daha da güclənəcək like
  • 15 Okt 22:38  
Siyasət

Azərbaycanın sədrliyi ilə iqtisadiyyatın, ticarətin, investisiyaların və

arrow Ətraflı
Toyota 2040cı ilin avtomobilini nümayiş etdirib  FOTO like
  • 15 Okt 22:30  
Digərləri Toyota 2040cı ilin avtomobilini nümayiş etdirib FOTO

Toyota şirkəti oktyabr ayının sonunda işinə başlayacaq Tokyo avtosalonund

arrow Ətraflı
Hansı qan qrupu daha çox infarkt olur ? like
  • 15 Okt 22:25  
Digərləri Hansı qan qrupu daha çox infarkt olur ?

Qan qrupunuzla infarkt arasında əlaqə varmı? Alimlər sübut edib ki,  insa

arrow Ətraflı
Əməllərin qəbul olmasının nişanəsi like
  • 15 Okt 22:20  
Digərləri Əməllərin qəbul olmasının nişanəsi

Əməlin qəbul olması o deməkdir ki, insanı Allaha yaxınlaşdıra bilsin.

arrow Ətraflı
Qırğızıstan Prezidenti: Azərbaycanın sədrliyi ilə iqtisadiyyatın, ticarətin, investisiyaların və digər sahələrin inkişafı üzrə əməkdaşlıq daha da güclənəcək like
  • 15 Okt 22:20  
Digərləri

Azərbaycanın sədrliyi ilə iqtisadiyyatın, ticarətin, investisiyaların və

arrow Ətraflı
Ağlınızı oxuyaraq sizi sakitləşdirən 150 dollarlıq cihaz like
  • 15 Okt 22:15  
Digərləri Ağlınızı oxuyaraq sizi sakitləşdirən 150 dollarlıq cihaz

İnsanların dincəlmək və ya meditasiya etmək üçün istifadə etdikləri b

arrow Ətraflı
Dovşan doğan qadının ilginc sirri – Həkimləri və kralı like
  • 15 Okt 22:13  
Digərləri Dovşan doğan qadının ilginc sirri – Həkimləri və kralı

Meri Toft  XVIII əsr dünya tarixində əcaib bir iz qoyub. O, dünyada ilk v

arrow Ətraflı