Prokuror BDUnun müəlliminə qarşı 50 min manat dələduzluq edən şəxsə cəza istədi


Digərləri 15 Okt 2019 22:46:00 289 0

Prokuror BDUnun müəlliminə qarşı 50 min manat dələduzluq edən şəxsə cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət verməyə təhrik etmədə ittiham olunan 1967-ci il təvəllüdlü Eldar Yusifovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsə cəza istəyib.

Dövlət ittihamçısı E.Yusifovun 7 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, E.Yusifov tanışı Hüseyn Məmmədovdan 50 min manat alaraq vəzifəli şəxslərə verəcəyini və onun oğlunu hüquq-mühafizə orqanlarına işə düzəldəcəyini vəd edib.

Bak Dövlət Universitetinin fəlsəfə müəllimi ola Hüseyn Məmmədov rüşvət verdiyi üçün bu işdə zərərçəkmiş kimi yox, şahid kimi tanınıb və təqsirləndirilənin azadlığa buraxılmasını istəyib.