Prokuror BDU-nun müəlliminə qarşı 50 min manat dələduzluq edən şəxsə cəza istədi


Digərləri 15 Okt 2019 22:40:22 257 0

Prokuror BDU-nun müəlliminə qarşı 50 min manat dələduzluq edən şəxsə cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət verməyə təhrik etmədə ittiham edilən 1967-ci il təvəllüdlü Eldar Yusifovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət verməyə təhrik etmədə ittiham olunan 1967-ci il təvəllüdlü Eldar Yusifovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Trend-in məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsə cəza istəyib. Dövlət ittihamçısı E.Yusifovun 7 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib. İttihama görə, E.Yusifov tanışı Hüseyn Məmmədovdan 50 min manat alaraq vəzifəli şəxslərə verəcəyini və onun oğlunu hüquq-mühafizə orqanlarına işə düzəldəcəyini vəd edib.