Ərbəin yürüşü – hərəkətli etikafdır


Digərləri 15 Okt 2019 22:40:00 283 0

Ərbəin yürüşü – hərəkətli etikafdır

Möhtəşəm Ərbəin yürüşü beynəlxalq xarakter daşıyır. Belə ki, etikaf etmək üçün məscidə və ya başqa müqəddəs yerlərə gedirik. Üç gün orada qalır və özümüzü islah etməklə məşğul oluruq. Məsciddən bayıra çıxmağa icazəmiz olmur.

Lakin Ərbəin yürüşü - o ibadətlərdəndir ki, insan daima hərəkətdədir. Əslində Ərbəin yürüşünü səyyar etikaf adlandırmaq olar. İnsan bu yürüşdə çox sayda başqa millətlərin əzmini görür və özü də böyük əzmə malik olur. Bu yolda yemək, içmək, yatmaq onun üçün mühüm amillər deyildir. Tək hədəfi - məhbubuna çatmaqdır, özü də piyada halda.

Atdığı hər addımda məhbubunu düşünər və ona çatmaq istəyi onun qəlbində sevgi atəşlərini yandırar.

O zaman ki, zəvvar başqalarının əzmini görər, yorğunluq onu tərk edər və çox böyük zövqlə bu yolu qət etməyə çalışar. Ona görə də deyə bilərik ki, bu ziyarət -  hərəkətli etikafdır.

Ərbəinin başqa bir xüsusiyyəti odur ki, mənəvi nəzmə malik olar. Belə ki, dünyanın hər tərəfindən olan Hüseyn (ə) aşiqi müəyyən zaman və məkanda toplaşar və mənəvi yürüşə başlayar. Halbuki bu zaman ərzində ruzi qazanmaq və başqa dünya işləri ilə məşğul ola bilərdi. Ancaq Hüseyn (ə) eşqi onu nə qədər uzaq olursa olsun Kərbəlaya gətirər və böyük insna toplumuna qovuşdurar.

(adsgarden = window.adsgarden || []).push({});