O zaman ki, İslam batacaq...


Digərləri 15 Okt 2019 21:50:00 260 0

O zaman ki, İslam batacaq...

İmam Əli (ə) "Nəhcul-bəlağə"də İmam Zaman ağanın (ə.f) zühurundan əvvəlki vəziyyətə işarə edən kəlamlar bəyan etmişdir ki, onlarla tanış olaq.

Həzrət Əli (ə) 150-ci xütbədə buyurur: "O, (yəni, Həzrət Hüccət (ə.f)) uzun illər insanlardan gizli halda yaşayacaqdır. O yerə qədər ki, addımının əsərini (nişanəsini) tanımayacaqlar. Baxmayaraq ki, əsər və nişanələrini tapmaq üçün çoxlu səy edəcəklər".

İmam (ə) 182-ci xütbəsində buyurur: "O, (yəni, İmam Zaman (ə.f) yoxa çıxacaqdır, o zaman ki, İslam batacaq, yolda qalmış dəvə kimi yerdəqalacaq və sinəsini torpağa yapışdıracaqdır".

İmam Əli (ə) bu xütbəsində İslam dinini yolda qalmış dəvəyə bənzətmişdir ki, insanlara az fayda verən mənasını verir. İmam (ə) bu sözləri ilə qeyb zamanında baş verəcək vəziyyəti başa salmağa çalışmışdır. Həmçinin buyurur ki, İmam Məhdi (ə.f) zühur etməzdən əvvəl İslam dini bir günəş kimi batacaqdır.

İmam Əli (ə) 138-ci xütbəsində buyurur: "İnsanlar hidayəti öz həvəslərinə tabe edərlər. Quran təfsiri adı ilə öz nəzərlərini Qurana təhmil edərlər".

Həzrət (ə) 150-ci xütbəsində buyurur: "Sol və sağ yollarına getdilər, zəlalət və yolunu azmaq yolunu başa vurdular. Aydın hidayət yolunu buraxdılar".

İmam (ə) bu kəlamında sağ və sol dedikdə, ifrat və təfriti nəzərdə tutmuşdur. İmam Məhdinin (ə.f) zühurundan əvvəl dünyanın hər yerində yolunu azmış cəmiyyətlər və firqələr olacaqdır ki, aydın hidayət yolu ilə deyil, zəlalət yolu ilə gedəcəklər.

(adsgarden = window.adsgarden || []).push({});