Yasamalda bədbəxt hadisə:


Digərləri 15 Okt 2019 20:31:00 253 0

Yasamalda bədbəxt hadisə:

Yasamal rayonunda ağacın budaqları qırılaraq dayanacaqda gözləyən 3 nəfər qadının (67, 53 və 38 yaş) üstünə tökülüb.

Səhiyyə Nazirliyindən Son.az-a verilən məlumata görə, hadisə yerinə gələn Təcili Tibbi Yardım briqadası yaralıları KTM-ə çatdırıb.

Yaralılardan birinə kəllə-beyin travması, digər ikisində onurğanın küt travması diaqnozu qoyulub. Bütün xəstələrə tibbi yardım göstərilib. Onların bir neçə saata ambulator müalicə üçün evə buraxılacağı gözlənilir.