Rusiyalılar stressdən əziyyət çəkir


Digərləri 15 Okt 2019 20:34:00 259 0

Rusiyalılar stressdən əziyyət çəkir

Rusiya əhalisinin 95 faizi stress yaşayır. 

Son.az Sputnik Azərbaycan-a xəbər verir ki, bu mövzuda "Romir" araşdırma holdinqi sorğu keçirib. Sorğuda iştirak edənlərin 34 faizi daim stressdə olduğunu dilə gətirib.

Daimi stressdən 26-45 yaşlılar daha çox şikayət edib. Daimi stressdən bu yaşda olan şəxslərin 40 faizi narahatlıq yaşadığını bildirib. Sorğuda iştirak edən təqaüd yaşında olan şəxslərin 18 faizi stressdən əziyyət çəkdiyini dilə gətirib.

İştirakçıların böyük əksəriyyəti (48 faizi) stressi narahatlıq və həyəcanla keçirdiyini deyib. 47 faizdə stress yorğunluqla, 41 faizdə isə yuxusuluqla müşahidə edilir.

Sakitləşmək üçün qadınların 54 faizi öz narahatlıqlarını yaxınları ilə bölüşür, kişilərin 40 faizi isə sakitləşdirici dərmanlardan istifadə edir.

Kişilərin 44 faizi öz problemlərini yaxınlarına danışmağa hazırdır, 27 faizi isə stresslə mübarizədə idmanla məşğul olmağı önəmli hesab edir. 25 faiz kişilər isə elə hesab edir ki, alkoqollu içkilərlə stressə qarşı mübarizə aparmaq olar.