Sufilərin “hu” zikrinin mənası nədir?


Digərləri 15 Okt 2019 21:10:00 286 0

Sufilərin “hu” zikrinin mənası nədir?

"Hu" ərəb dilindəki "hüvə" kəlməsinin yazılış şəklidir. "Hüvə" kəlməsi "o" şəxs əvəz¬liyini ifadə edir. Sufizmdə "hu" sözü Allahın adlarından biri kimi qəbul edılir. Çünki Qurani-Kərimin yüzlərlə ayəsində Allahın barəsində "hüvə" (O) ifadəsi işlədilmişdir. Həmçinin, sufizmdə "hu" kəlməsi Allahın həmişə davam edən gizli zikri kimi dəyərləndirilir. Çünki nəfəsi ciyərlərdən buraxdıqda qeyri-ixtiyari olaraq "hu" səsi yaranır. Bu, insan bədənində Allahın yerləşdirdiyi işarələrdən biridir.

"Hu" təsəvvüfdə ən məşhur zikrlərdən biri sayılır. Bəzən bunu başqa sözlərlə birləşdirib zikr kimi söyləyirlər. Məsələn, nəqşbəndiyyə təriqətində "Allah hu, Allah haqq" zikri deyilir. Yəsəviyyə təriqətində isə "hu" zikrininin xüsusi bir forması vardır ki, bunu "zikri-ərrə" (mişar zikri) adlandırırlar. Çünki zikr deyənin sinəsindən qopan səs taxtaya sürtünən mişarın xırıltısını xatırladır.

(adsgarden = window.adsgarden || []).push({});