Renault Arkana krəştestdən uğurla çıxıb VİDEO


Digərləri 15 Okt 2019 21:01:00 277 0

Renault Arkana krəştestdən uğurla çıxıb  VİDEO

Renault Arkana modelinin Azərbaycandakı satışlarına bir müddət bundan öncə start verilib. Bu müddət ərzində fransız markasının ilk kupe-krossoveri Autograph dərgisinin testlərində də iştirak edib. Krossover cəlbedici dizayna və yaxşı dinamik xarakteristikalara malikdir. Bəs təhlükəsizlik?

Son.az autograph.az-a istinadən bildirir ki, bu yaxınlarda Rusiyanın "Avtorevyu" nəşrində çalışan həmkarlarımız Renault Arkana modelinin krəş-testlərini həyata keçiriblər. Avtomobili 64 km/saat həddində deformasiya olunan baryerə çırpıblar. ARCAP metodikası ilə həyata keçirlmiş testdə fransız-rus krossoveri 16 mümkün xaldan 15,8 xal toplayıb. Qeyd etmək lazımdır ki, bu əla nəticədir.  

"Avtorevyu" avtomobilin təhlükəsizlik sistemlərinin dəqiq işə düşdüyünü, salon qəfəsinin bütövlüyünü qoruduğunu, sürücü qapısının asanlıqla açıldığını, sükan çarxının və pedalların cüzi yer dəyişdiyini, əsas yerlərdə metalda olan qatların və üzülmələrin olmadığını qeyd ediblər.

Bəs Arkana nədən ən yüksək xalı ala bilməyib? Səbəb kimi sürücü və sərnişinin baldırına düşən yüksək yükləmə göstərilib.

(adsgarden = window.adsgarden || []).push({});