Yeni doğulan körpə hər kəsi təəccübləndirdi


Digərləri 15 Okt 2019 20:58:00 287 0

Yeni doğulan körpə hər kəsi təəccübləndirdi

Avstraliyanın Sidney şəhərində 5 kq 88 qram çəkisi olan qız uşağı dünyaya gəlib.

Son.az Lent.az-a istinadən xəbər verir ki, 27 yaşında olan ana Emma Millar hamiləliyinin 35-ci həftəsində uşağının 4 kq olduğunu öyrənib, ancaq onun daha çox böyüməyəcəyini düşünüb.

Üç həftə sonra dünyaya gələn uşağın çəkisi isə 5 kq 88 qram olub. Onun sağlığında heç bir problemin olmadığı bildirilib.

Anası qızı Remi Frances haqqında bu sözləri deyib:

"Övladım balaca suma güləşçisi kimidir. Diabet xəstəliyi səbəbindən qızımın böyük olacağını bilirdim, ancaq onun bu qədər böyük olacağını gözləmirdim".

(adsgarden = window.adsgarden || []).push({});