Yasamalda kafedən oğurluq edən şəxs saxlanılıb


Digərləri 15 Okt 2019 20:56:00 216 0

Yasamalda kafedən oğurluq edən şəxs saxlanılıb

Yasamalda kafedən oğurluq edən şəxs saxlanılıb.

Bakı. Yasamalda kafedən oğurluq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 12-də rayon ərazisindəki kafelərin birindən 1881 manat və 400 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ş.İbrahimov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.