İmamoğlunun xanımı məşhur jurnalın üz qabığına çəkildi


Digərləri 15 Okt 2019 20:07:00 277 0

İmamoğlunun xanımı məşhur jurnalın üz qabığına çəkildi

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həyat yoldaşı Dilək İmamoğlu "Madame Figaro" dərgisinin Türkiyə sayının üz qabığına çəkilib.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, haqqında "İstanbulun "first lady"si" başlığı yazılan Dilək İmamoğlunun şəkillərini fotoqraf Cüneyt Akeroğlu lentə alıb. Bələdiyyə sədrinin xanımının şəkilləri sosial şəbəkə izləyicilərinin tərif yağmuruna tutulub. İzləyicilər onun modellərdən geri qalmadığını yazıblar. 

Dilək İmamoğlunun şəkillərinin və müsahibəsinin dərginin digər dillərində də çap olunmasına qərar verilib.

(adsgarden = window.adsgarden || []).push({});