Köçəryanın məhkəməsi təxirə salındı


Digərləri 15 Okt 2019 19:59:00 265 0

Köçəryanın məhkəməsi təxirə salındı

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın bu gün keçiriləcək məhkəmə iclası əməliyyatdan sonrakı reabilitasiya ilə əlaqədar noyabrın 5-nə təxirə salınıb.

Son.az Virtualaz.org-a istinadən bildirir ki, məhkəmə prosesində hakim Anna Danibekyan Köçəryanın olmadığı üçün məhkəmə iclası davam etdirilə bilməz, noyabrın 5-i saat 13:00-a təxirə salındığını deyib.

Köçəryanın vəkilinin sözlərinə görə, müvəkkilinin əməliyyatdan sonrakı reabilitasiya müalicəsi davam edir və İzmirlyan tibb mərkəzinin direktoru professor Armen Çarçyanın qiymətləndirməsinə görə, yaxın bir-iki həftə ərzində reabilitasiya müalicəsi və effektivliyindən asılı olaraq, Köçəryanın məhkəmə iclaslarında iştirak etməsi mümkün deyil.