Məşhurların son günü Rüfət Mehdiyevin qızı: “Atamın ən böyük arzusunu gerçəkləşdirə bildik”


Şou-biznes 15 Okt 2019 19:49:00 284 0

Məşhurların son günü  Rüfət Mehdiyevin qızı: “Atamın ən böyük arzusunu gerçəkləşdirə bildik”

Son.az bildirir ki, Modern.az "Məşhurların son günü" adlı rubrikada Rüfət Mehdiyevdən bəhs edib:

Rubrikada hər kəsin tanıdığı simaların ölümündən az öncə ailəsinə, övladlarına, dostlarına dediyi son sözlər və ya vəsiyyəti barədə danışılır.

Arayış: Rüfət Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda anadan olub. 26 Bakı Komissarı adına Mədəniyyət sarayının piano sinfində (1976-1986), Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geoloji coğrafiya fakültəsində təhsil alıb (1986-1992). 

1989-cu ildən musiqi ilə məşğul olub. 1992-ci ildən müğənnilik edib. "Space" Televiziyasında hazırlanmış "Qış nağılı" (2002) və "Baharın nağılı" (2008) film-verilişlərində çəkilib.

1 fevral 2011-ci il tarixində qəfilfən dünyasını dəyişib.

Rüfət Mehdiyev qan təzyiqinin qəfil yüksəlməsi və insult nəticəsində həyatını itirib. Onun evinə çağırılmış təcili tibbi yardım briqadası Rüfəti xilas edə bilməyib Mərhum müğənni Nizami rayonundakı qəbiristanlıqda dəfn edilib. 41 yaşında dünyasını dəyişən müğənni bir çox mahnıları ilə sevilib. Onun "Darıxıram", "Gedirəm", "Getdin", "İl keçdi", "Yandırdı, yaxdı məni" mahnıları geniş dinləyici auditoriyası qazanmışdı.

İki dəfə ailə qurmuş müğənninin üç qızı, bir oğlu var.

Müğənninin qzıları... Modern.az-ın Rüfət Mehdiyevlə bağlı suallarını onun qızı Zenfira Mehdiyeva və mərhumun ən yaxın dostlarından olmuş müğənni Elnur Quliyev cavablandırıb.

Zenfira xanım:

"Atamla anam mənim xalam oğlunun kiçik toyunda tanış olublar. Atam o vaxtlar sintezator çalırmış. Elə həmin toyda anamı görüb bəyənib və xalamın yoldaşına deyib. Xalamgil atamla anamı tanış ediblər. Xalamın yoldaşı ilə atam dost olublar. Anam da atamı bəyənib və beləcə tanış olublar. Sonra evlənmək qərarına gəliblər və ailə həyatı qurublar. Atam həmin dönəmlərdə müğənni deyildi, sadəcə sintezator çalırdı".

Rüfət Mehdiyev qızı Zenfira xanım dünyaya gəldiyi ildən, yəni 1993-ci ildən müğənnilik etməyə başlayıb.

"Atam çox ürəyiyumuşaq, qayğıkeş, gülərüz insan olub. Mən onun əsəbiləşməsini, üstümüzə çığırmasını heç vaxt görmədim. Hansısa hərəkətimiz xoşuna gəlməyəndə, bizi dost kimi başa salırdı. O, bizim üstümüzə qışqırmayıb, biz də ondan heç vaxt qorxmamışıq. Əksinə, biz gözləyirdik ki, atam evə tez gəlsin, onunla məsləhət edək, çoxlu vaxt keçirək. Atam övladlarına çox bağlı insan olub".

Rüfət Mehdiyev səhnədə daim gülərüz, səmimi, heç kimlə işi olmayan müğənni idi. O, sənət aləmində baş verən heç bir qalmaqalda iştirak etməyib:

"Atam səhnədə necə idisə, evdə də eyni idi. Hamıyla yola gedə bilirdi. Atamdan bu günə kimi kiminsə incidiyini eşitməmişəm. Əksinə, hamı onu çox istəyirdi. İndiyə kimi də atamın bütün dostlarıyla bizim münasibətimiz qalır, hamısıyla danışırıq, görüşürük".

Rüfət Mehdiyev anası ilə... Zenfira xanım hazırda "Xonça" mağazasına rəhbərlik edir. Onun sözlərinə görə,  mağaza açılanda sənət adamlarının əksəriyyəti mərasimdə dəvətsiz iştirak ediblər:

"Bizim mağaza açılanda atamın dostları çox köməklik etdilər. Bundan əlavə, keçən il mənim toyum oldu və atamın bütün dostları məslisdə iştirak etdi. Demək olar ki, biz heç nə eləmədik, hər şeyi onlar təşkil etdilər. Musiqi ansablı, müğənnilər özləri gəldilər. Elariz Məmmədoğlu, Eyyub Yaqubov, Lalə Məmmədova, Ədalət Şükürov, Natəvan Həbibi, Səməd Səmədov, "Bu şəhərdə"nin kollektivi, Faytonçu Nazim, Ceyhun Bakinski və başqaları toyda yaxından iştirak etdilər. Həmin insanlar indiyə kimi bizə dəstək olurlar, əlaqə saxlayırlar".

Hər il Rüfət Mehdiyevin anım günündə sənət dostları onun məzarını ziyarət edir.

"Hər il atanın dostları ya zəng edir bizi də özləriylə aparırlar, ya da nə vaxt atanın qəbri üstə gedirəmsə, hər hansı bir dostuyla mütləq qarşılaşıram.

Atam bacıma da, mənə də çox zaman ayırardı, ikimizə də bağlı idi. Bacım məndən dörd yaş balacadı. Atama ən çox o, oxşayır".

Zenfira xanım atasının başına gələn maraqlı bir əhvalatı bizimlə bölüşüb:

(adsgarden = window.adsgarden || []).push({});