Ruhani: "Təbriz şəhəri məhv ola bilərdi"


Dünya 15 Okt 2019 19:34:00 253 0

Ruhani: "Təbriz şəhəri məhv ola bilərdi"

"İranın qərbində yerləşən Qərbi Azərbaycan vilayətində Urmiya gölünün bərpası üzrə addımlar atılmasaydı, Təbriz adında şəhər olmayacaqdı".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Tehranda Şərqi Aralıq Dənizi ətrafı ölkələrinin səhiyyə nazirlərinin 66-cı iclasında deyib.

H.Ruhaninin sözlərinə görə, nəticədə 14 milyon əhali İranın qərbindən köçməli olacaqdı.

Ruhani əlavə edib ki, İranın hazırkı hökuməti iqtidara gəldiyi ilk gündən Urmiya gölünün bərpası ilə əlaqədar addımların atılmasına qərar verib.