"Pİ GROUP" şirkətinin təşkilatçılığı ilə moda gecəsi baş tutacaq


Digərləri 15 Okt 2019 19:24:00 274 0

"Pİ GROUP" şirkətinin təşkilatçılığı ilə moda gecəsi baş tutacaq

"Pİ GROUP" şirkətinin təşkilatçılığı ilə 27 oktyabr "Holiday İnn Hotel Baku "da möhtəşəm mükafatlandırma, sərgi, şou və moda gecəsi baş tutacaq. Son.az xəbər verir ki, "211 Group", "A+S Technics", "Flyer.az", "Fidan Henna Weddings" ın sponsorluğları ilə uzun müddətdir maraqla gözlənilən "7 Gözəl Wedding Fashion Show & Golden Names Awards"adlı mükafat  27 oktyabr tarixində öz qaliblərinə təqdim olunacaq.

"Holiday İnn Hotel Baku" da baş tutacaq mərasimdə incəsənət xadimləri, stilistlər, müğənnilər, kosmetoloqlar, permanent ustaları, dizaynerlər, iş adamları, həkimlər, rəqs qrupları, gəlinlik butikləri, fotoqraflar, videoqraflar, blogerlər iştirak edəcək. Mükafatlandırma mərasiminin keçirilməsində əsas məqsəd müxtəlif peşə sahiblərini bir araya toplayıb geniş ictimaiyyətə təqdim etməkdir. Mükafatlandırma gecəsində il ərzində fərqlənən və daha çox izlənilən, ictimai fəaliyyətləri ilə fərqlənən şəxslər təltif ediləcəkdir. Gecədə mükafatlandırma ilə yanaşı "Beauty Time" &  "Bridal Time" gəlinlik butikinin libaslarının nümayişi də baş tutacaq. Gecənin tanınmış qonaqları Nisa Qasımova,

Lalə Məmmədova, Fərqanə Qasımova, Xatirə İslam, Ayaz Babayev, Fatimə Fətəliyeva, Çingiz Mustafayev, Murad Arif, Günay İbrahimli rəqqasə Renka Black Angel və digər tanınmış şəxslər olacaqdır. "Azəri atəşi" rəqs qrupu qeyri adi şouları ilə çıxış edəcək.

Layihənin rəhbəri:Qasımov İsmayıl  

İdeya müəllifi: Məmmədova Pərvanə

Musiqi direktoru:DJ Zaur

Video: "STAR GROUP PRODUCTİON"

(adsgarden = window.adsgarden || []).push({});