Xüsusi qayğıya ehtiyacı olan şəxslərə diqqətin artırılması məsələləri müzakirə edilib


Digərləri 15 Okt 2019 18:55:00 236 0

Xüsusi qayğıya ehtiyacı olan şəxslərə diqqətin artırılması məsələləri müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında İctimai Şuranın növbəti toplantısı keçirilib.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın növbəti toplantısı keçirilib. Trend-in məlumatına görə, iclasda Sosial sahədə görülən islahatların və həssas qruplarla bağlı görülən xidmətlərin və işlərin əlçatanlılığı, İctimai Şuranın il ərzində gördüyü işlərin, vətəndaş müraciətlərinə dair fəaliyyətlərin səmərəliliyi, ƏƏSM nazirliyinin dəstəyi ilə həyata keçirilən “Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin icrası istiqamətində nəzərdə tutulan fəaliyyətlər müzakirə olunub. İclası giriş sözü ilə açan İctimai Şura sədri Umud Mirzəyev ölkəmizdə aparılan sosial siyasətinin ildən-ilə güclənməsi və əhatə dairəsinin genişlənməsindən, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində görülən işlərdən danışıb. O, həssas qruplarla bağlı işlərin görülməsində səmərəliliyin artırılması, əlçatanlığın və ünvanlılığının təmin edilməsi istiqamətində işlərin əhəmiyyətindən danışıb. U. Mirzəyev bu gün cəmiyyətdə müzakirə olunan ünvanlı sosial yardım, özünü məğulluğun təmin edilməsi “uşaq pulu” məsələlərinə toxunub. O, Azərbaycanda ümumən sosial təminat növləri ilə təmin olunan uşaqların sayının 585 minə çatdığını bildirib. Bunların sırasında hərbi xidmətçilərin övladlarının, ailə başçısını itirmiş uşaqların, yeni doğulan körpələr, ünvanlı sosial yardımdan bəhrələnənlər və.s kateqoriyaların aid edildiyini vurğulayıb. Uşaq pulu adlandırılan aylıq müavinət növünün iqtisadi-sosial əsaslandırılmasının vacib olduğunu, bu sahədə eləcə də digər sahəərdə ünvanlı yanaşmanın doğru olduğunu vurğulayıb. İctimai Şuranın iclasında şura üzvləri Mirhəsən Həsənov, Əliməmməd Nuriyev, Mehriban Zeynalova dövlətin xüsusi qayğıya ehtiyacı olanlarla bağlı gördüyü işlərdən, sosial islahatların səmərəliliyinin təmin edilməsindən eləcə də xüsusi qayğıya ehtiyacı olan şəxslərin, uşaqların sosial isahatlardan bəhrələnmələri üçün ünvanlılıq prinsipindən, əhalinin aztəminatlı insanlarının informasiya bankının yaradılmasından söz açıblar. Şura üzvləri İradə Zeynalova, Şəhla Kərimova, Zaur Quliyev vətəndaşların sosial təminatında layiqlilərin bəhrələnməsi, təhsil, özünüməşğulluq sahəsində vətəndaşların maarifləndirilməsi məsələlərinə toxunublar.