Paytaxtda ikimərtəbəli ev yanıb


Digərləri 15 Okt 2019 18:46:00 298 0

Paytaxtda ikimərtəbəli ev yanıb

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı. Bakının Nəsimi rayonunda ümumi sahəsi 100 kv.m olan ikimərtəbəli evdə yanğın olub. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, 6 otaqlı evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və ev əşyaları 16 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.