İspaniya polisi etirazçıları dəyənəklə döydü


Dünya 15 Okt 2019 18:31:00 301 0

İspaniya polisi etirazçıları dəyənəklə döydü

2017-ci il oktyabrın 1-də Kataloniyanın müstəqilliyi haqqında qanunsuz referendumu təşkil edən separatçı hərəkatın 12 lideri 9 ildən 13 il müddətinədək həbs cəzasına məhkum edilib.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla əlaqədar müstəqil qruplar ötən gündən etiraz aksiyalarına başlayıblar. 

Polis əməkdaşları nümayişçilərə qarşı dəyənək və gözyaşardıcı qazdan istifadə ediblər. Qarşıdurma nəticəsində 131 nəfər xəsarət alıb.

Etirazçılar magistral yolları bağlayıb, qatarların hərəkətinə mane olublar. Barselonanın "El- Prat" beynəlxalq hava limanı 45 uçuşu ləğv edib.