Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib


Digərləri 15 Okt 2019 18:40:00 268 0

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı Fond Birjasında Maliyyə Nazirliyinin dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bakı. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104010746 ISIN-li, 25 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. BFB-dən Trend-ə bildirilib ki, hərrac zamanı 12 investor tərəfindən qiyməti intervalı 91.7846 AZN (9.0000%) və 94.3689 AZN (6.0000%) olan 18 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.9720 (6.4500%), orta ölçülmüş qiyməti 94.0594 (6.3505%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 81,854,800.00 AZN yerləşdirilmiş həcmi isə 25 mln. manat təşkil edilib. İstiqrazların ödəmə tarixi 13 oktyabr 2020-ci ildir.