Qəbələdə 4 uşaq anası həyat yoldaşı tərəfindən döyülərək xəstəxanalıq oldu


Digərləri 15 Okt 2019 18:29:00 289 0

Qəbələdə 4 uşaq anası həyat yoldaşı tərəfindən döyülərək xəstəxanalıq oldu

Qəbələ rayonunda qadın həyat yoldaşı tərəfindən xüsusi amansızlıqla döyülüb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Solquca kəndində baş verib.

Kənd sakini, 1975-ci il təvəllüdlü Xalidə Dəmirova həyat yoldaşı 1973-cü il təvəllüdlü Eyvaz Dəmirov tərəfindən xüsusi amansızlıqla döyülüb.

Hadisə nəticəsində bədəninin müxtəlif hissələrindən xəsarətlər alan qadın Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xatırladaq ki, ailənin birgə nigahdan 4 övladı var.

Faktla bağlı araşdırma aparılır.