ABŞ ordusu Münbiçi ruslara verdi


Dünya 15 Okt 2019 17:59:00 288 0

ABŞ ordusu Münbiçi ruslara verdi

ABŞ hərbçiləri Suriyanın Münbiç şəhərindəki mövqelərini Rusiya Silahlı Qüvvələrinə verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Newsweek" jurnalı Pentaqonun anonim yüksək səviyyəli nümayəndəsinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, rəsmi Vaşinqtonla Moskva arasında bununla bağlı razılıq əldə olunub.

Pentaqon rəsmisi qeyd edib ki, həmin bölgədə uzun müddət olan amerikalı hərbçilər Rusiya qoşunlarının əvvəllər təhlükəsiz olmayan zonalardan sürətlə keçməsinə və Münbiçə daxil olmasına kömək ediblər.