"Football Manager"də komandasını ÇL yarımfinalına yüksəltdi, klubdan iş təklifi aldı


İdman 15 Okt 2019 17:44:00 339 0

"Football Manager"də komandasını ÇL yarımfinalına yüksəltdi, klubdan iş təklifi aldı

"Football Manager" karyerasında Serbiyanın Bezanija klubunu Çempionlar Liqasının yarımfinalına yüksəldən və bu uğurunu klubla paylaşan Andrey Pavloviç klubdan iş təklifi alıb. 

Goal.az xəbər verir ki, 22 yaşlı Andrey oyunda I Liqa təmsilçisi ilə Manchester City, Tottenham, Bayern Munich kimi klublara qalib gəlib. O açıqlamasında klubdan ona iş təklif ediləcəyini gözləmədiyini bildirib:

"Football Manager"dəki uğurlarımı onlara bildirdim və komandaya köməyim dəyə biləcək mövzular olduğunu qeyd etdim. Mənə zəng edəcəklərini düşünmürdüm.  Klub direktoru ilə danışarkən məndən şənbə günü gəlib-gəlməyəcəyimi soruşdu. Şok oldum."