Moskvada uşaq bağçasından 110 nəfər təxliyə olundu


Digərləri 15 Okt 2019 17:11:00 335 0

Moskvada uşaq bağçasından 110 nəfər təxliyə olundu

Moskvanın şərqində uşaq bağçasından 110 nəfər təxliyə olunub

Bakı. Moskvanın şərqində uşaq bağçasından 110 nəfər təxliyə olunub. Trend-in məlumatına görə, bağça ərazisindən qumbaraya bənzər əşya aşkar edilib. Təxliyə olunanlardan 84-ü uşaq olub. Təxliyədən sonra aparılan araşdırmalar zamanı əşyanın qumbara olmadığı müəyyən edilib.