BŞBPİ: İcra Hakimiyyəti ilə razılaşdırılmayan istənilən mitinqin qarşısı alınacaq


Digərləri 15 Okt 2019 16:50:00 273 0

BŞBPİ: İcra Hakimiyyəti ilə razılaşdırılmayan istənilən mitinqin qarşısı alınacaq

Bakı Şəhər Baş Polis İdarəsi müxalifətin Bakıda keçirmək istədiyi icazəsiz mitinqlə bağlı məlumat yayıb.

Bakı. Samir Əli - Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) müxalifətin Bakıda keçirmək istədiyi icazəsiz mitinqlə bağlı məlumat yayıb. İdarənin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Trend-ə bildirib ki, qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan istənilən siyasi aksiyanın, yaxud mitinqin qarşısı qətiyyətlə alınacaq: “Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsi qanunla müəyyən edilir. Polis yalnız qanunvericilik çərçivəsində paytaxtda hüquq qaydasının təmin olunmasında üzərinə düşən vəzifələri həyata keçirəcək.”