Prokuror dələduzluqda təqsirləndirilən "makler"ə 7 il cəza istədi


Kriminal 15 Okt 2019 16:49:00 310 0

Prokuror dələduzluqda təqsirləndirilən "makler"ə 7 il cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mehdi Mehdiyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsin 7 il azadlıqdan məhrum edilməsini istəyib.

M.Mehdiyevin vəkili müdafiə çıxışında cəzanın ağır olduğunu, müdafiə etdiyi şəxsə aşağı həddə cəza təyin edilməsini xahiş edib.

Məhkəmə M.Mehdiyevə son söz demək üçün vaxt verib və proses oktyabrın 21-ə təyin edilib.

İttihama görə, ev alqı-satqısı ilə məşğul olan Mehdi Mehdiyev "Yüksəliş-C" MMC və "Yeni Yasamal" MTK-dan mənzillər satıb. Sonradan məlum olub ki, həmin mənzillər başqa şəxslərə də satılıb.