“Golden boy” mükafatına namizədlər açıqlandı - SİYAHI


İdman 15 Okt 2019 16:37:00 364 0

“Golden boy” mükafatına namizədlər açıqlandı - SİYAHI

Avropada ilin ən yaxşı 21 yaşadək futbolçusuna təqdim olunan “Golden boy” mükafatına namizədlər açıqlanıb.

Goal.az-ın məlumatına görə, İtaliyanın “Tuttosport” nəşrinin verdiyi mükafatı qazanmağa 20 iddiaçı var.

Qızıl oğlan mükafatına namizədlər: Alfonso Devis (Kanada, Bayern Munich), Canluici Donnaruma (İtaliya, Milan), Ansu Fati (Qvineya-Bisau, Barcelona), Filip Foden (İngiltərə, Manchester City), Matteo Günduzi (Fransa, Arsenal), Erlinq Holand (Norveç, Salzburg) Kay Haverts (Almaniya, Bayer, Leverkuzen), Joao Feliks (Portuqaliya, Atletico Madrid), Deyan Yoveliç (Serbiya, Eintracht), Moyze Kin (İtaliya, Everton), Li Kan İn (Cənubi Koreya, Barcelona), Andrey Lunin (Ukrayna, Valladolid), Doniell Malen (Niderland, PSV), Meyson Maunt (İngiltərə, Chelsea), Rodriqo (Braziliya, Real Madrid), Ceydon Sanço (İngiltərə, Borussia, Dortmund), Ferran Torres (İspaniya, Valencia), Vinisius (Braziliya, Real Madrid) Nikola Canolo (İtaliya, Roma), Matteis De Liqt (Hollandiya, Juventus)

Bu oyunçulardan Günduzi ilk qolunu ötən mövsüm Avropa Liqasının qrup mərhələsində Qarabağ-a vurub. Bu, 2018-ci il oktyabrın 4-də Bakı Olimpiya Stadionunda baş verib. Həmin matç Arsenal-ın qələbəsi ilə yekunlaşıb - 3:0.

Qeyd edək ki, səsvermənin qalibini Avropanın aparıcı idman nəşrlərinin jurnalistləri müəyyənləşdirəcək. Qalib dekabrın 16-da açıqlanacaq. Mükafat 2003-cü ildə təsis edilib.