Kombaynla xətti qırdılar - Qaz kəsildi


Digərləri 15 Okt 2019 16:29:03 235 0

Kombaynla xətti qırdılar - Qaz kəsildi

Diametri 57 mm olan orta təzyiqli qaz xəttini pambıqyığan kombaynla vuraraq zədələyiblər.

Bakı. Samir Əli - Tərtərin Qaynaq kəndinin bir hissəsinə qazın verilişi dayandırılıb. "Azəriqaz" İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, belə ki, diametri 57 mm olan orta təzyiqli qaz xəttini pambıqyığan kombaynla vuraraq zədələyiblər. Hadisə zamanı kəmərdə qaz sızması baş verib. Hazırda hadisənin fəsadlarının aradan qaldırılması üçün işlər görülür və sızmanın ləğvi məqsədi ilə müvəqqəti olaraq ərazidə qaz təminatı dayandırılıb.