Azərbaycan Türkiyə vətəndaşını başqa ölkəyə verməkdən imtina etdi


Kriminal 15 Okt 2019 16:02:00 301 0

Azərbaycan Türkiyə vətəndaşını başqa ölkəyə verməkdən imtina etdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyə Respublikasının vətəndaşı Gökhan Öztürkün Niderlanda ekstradisiyası ilə bağlı Azərbaycan Ədliyyə Nazirliyinin təqdimatına baxılıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, prosesdə Azərbaycan Baş Prokurorluğunun nümayəndəsi Gökhan Öztürkün ekstradisiyasına etiraz edib.

Ədliyyə Nazirliyinin nümayəndəsi isə bu məsələni məhkəmənin öhdəsinə buraxıb.

Sonda məhkəmə qərar qəbul edərək ekstradisiya ilə bağlı təqdimatı təmin etməyib.

Qeyd edək ki, Gökhan Öztürk Bakıya üç günlük gəzməyə gəldiyini və hava limanında saxlanıldığını bildirib. Məhkəmə zamanı onun beynəlxalq axtarışa verildiyi bildirilib. Niderland Krallığı tərəfindən ekstradisiya üçün Azərbaycana göndərilən məktubda Gökhanın Niderland vətəndaşı olduğu, həmin ölkədə onun haqqında 180 günlük həbs hökmü çıxarıldığı göstərilib.