UNEC-də “Elm həftəsi”: 5 gün, 5 aktual mövzu


Digərləri 15 Okt 2019 15:59:23 285 0

UNEC-də “Elm həftəsi”: 5 gün, 5 aktual mövzu

21-25 oktyabr tarixlərində UNEC-də “Elm həftəsi” keçiriləcək.

Bakı. Trend 21-25 oktyabr tarixlərində UNEC-də “Elm həftəsi” keçiriləcək. Universitetdən Trend-ə verilən məlumata görə, “Elm həftəsi” çərçivəsində 5 gün ərzində UNEC-in 5 tədqiqat mərkəzinin hər birində profilinə uyğun olaraq aktual mövzulara həsr olunan müzakirələr aparılacaq. Təcrübəli ekspertlərin moderatoru olduğu müzakirələrdə qoyulan mövzularla bağlı təkliflər paketi hazırlanacaq. 21 oktyabr Avropa İqtisadiyyatı Mərkəzi Mövzu: “Avropa İttifaqı ətraf mühit siyasəti, Qazlaşdırma və Global Cənubla iqtisadi əlaqələrin rolu” Əsas məruzəçi: Dr. Elkhan Richard Sadiq-Zada, Avropa İqtisadiyyatı Mərkəzinin rəhbəri, Almaniyanın Bochum Ruhr universitetində tədqiqatçı 22 oktyabr Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzi Mövzu: “Ermənistanın zəif, Azərbaycanın güclü iqtisadiyyatı: təhlilin nəticələri” Əsas məruzəçi: Professor Qafar Mehdiyev, Türkiyənin Erciyes Universitetinin (Kayseri şəhəri) Ermənişünaslıq bölümünün rəhbəri 23 oktyabr Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzi