Arvadını bıçaqlayan ər


Kriminal 15 Okt 2019 15:39:00 219 0

Arvadını bıçaqlayan ər

Sumqayıtda arvadını bıçaqlamaqda təqsirli bilinən Akif Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mahmud Nəbiyevin icraatına verilib.

Qeyd edək ki, hadisə bu ilin iyun ayında Sumqayıt şəhəri 9-cu mikrorayonda baş verib. Şəhər sakini, 1975-ci il Babayeva Tahirə Səxavət qızı yaşadığı evdə əri tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.