Nazir müavinindən irad: Müəllimlər şagirdlərin beynini məzmunla doldurmağa çalışırlar


Digərləri 15 Okt 2019 15:18:00 285 0

Nazir müavinindən irad: Müəllimlər şagirdlərin beynini məzmunla doldurmağa çalışırlar

Müəllimlər bu informasiya bolluğu olan şəraitdə şagirdlərin beynini heç bir əhəmiyyəti olmayan, gələcəkdə onların əmək fəaliyyətinə, dünyagörüşünə təsir etməyən məzmunla doldurmağa çalışırlar.

Bakı. İlhamə İsabalayeva - Həqiqətən bu gün biz informasiya bolluğu olan dövrdə yaşayırıq. Təəssüf ki, yanlış informasiyalar da ən çox gənclərə zərər vurur. Amma digər tərəfdən də müəllimlər bu informasiya bolluğu olan şəraitdə şagirdlərin beynini heç bir əhəmiyyəti olmayan, gələcəkdə onların əmək fəaliyyətinə, dünyagörüşünə təsir etməyən məzmunla doldurmağa çalışırlar. Trend-in məlumatına görə, bunu "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib. Onun sözlərinə görə, məktəbdə müəllimlər texnologiyanı, musiqini, təsviri incəsənəti şagirdlərə əzbərlədirlər. Onun əsasında da şagirdlərə summativ qiymətləndirmə yazırlar: