Türkiyəli ekspert: Türkdilli ölkələr birlikdə olmalı və daha da güclənməlidir


Digərləri 15 Okt 2019 15:01:59 252 0

Türkiyəli ekspert: Türkdilli ölkələr birlikdə olmalı və daha da güclənməlidir

Türkdilli ölkələr birlikdə olmalı və bütün sahələrdə daha da güclənməlidir

Bakı. Rufiz Hafizoğlu - Türkdilli ölkələr birlikdə olmalı və bütün sahələrdə daha da güclənməlidir. Bunu Trend-ə türkiyəli jurnalist, siyasi ekspert Kənan Yasan deyib. Onun sözlərinə görə, Türkiyənin cənub sərhədindəki son hadisələr bir daha təsdiq edir ki, yalnız türk xalqları bir-birini dəstəkləyir: “Suriyanın şimalındakı antiterror əməliyyatları zamanı Türkiyə onun dostlarının kim olduğunu daha yaxşı başa düşdü”. Ekspert bildirib ki, Türk Şurasının Bakı sammiti türkdilli ölkələr arasında əməkdaşlıq üçün perspektivlərin genişlənməsinə xidmət edəcək və bu ölkələr arasında münasibətlərin daha da möhkəmlənməsi üçün imkanlar yaradacaq. K.Yasan qeyd edib ki, türkdilli ölkələr insan və təbiət ehtiyatlarına malikdir və bu ölkələrin iqtisadi dirçəlişi üçün dəqiq məqsədləri var: “Biz texnologiya, səhiyyə, müdafiə və digər bütün sahələrdə nailiyyətin əldə olunması üçün bütün imkanlarımızı birləşdirməliyik”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin