Erməni batalyonu Türkiyəyə qarşı döyüşə yollandı


Dünya 15 Okt 2019 14:29:00 284 0

Erməni batalyonu Türkiyəyə qarşı döyüşə yollandı

Nubar Ozanyan adına Suriya-erməni könüllüləri batalyonu Türkiyə Silahlı Qüvvələrinə qarşı döyüşəcək.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "eadaily.com" portalı məlumat yayıb. Sözügedən batalyon bununla bağlı müvafiq bəyanat yayıb.

Saytda yerləşdirilən bəyanatda bildirilir ki, erməni batalyonu Türkiyə ordusunun apardığı mübarizədə kürdlərə qoşulmaq üçün Tel- Temirdən Ras əl-Ayn şəhərinə yollanıb.

Onlar Türkiyə ordusunun Suriyanın şimal-şərqində başladığı əməliyyatın işğalçılıq məqsədi daşıdığını iddia edərək kürd, erməni, suriyalı, ərəb və digər xalqların öz torpaqlarına sahib çıxmağa çağırıblar.