Azərbaycan və Özbəkistan arasında startaplar, innovasiyalar, yüksək texnologiyalar sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub (FOTO)


Digərləri 15 Okt 2019 14:22:38 244 0

Azərbaycan və Özbəkistan arasında startaplar, innovasiyalar, yüksək texnologiyalar sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub (FOTO)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə ölkəmizdə səfərdə olan Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri Umurzakov Sardor arasında görüş keçirilib.

Bakı. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə ölkəmizdə səfərdə olan Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri Umurzakov Sardor arasında görüş keçirilib. Nazirlikdən Trend-ə bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş tutan görüşdə iki ölkə arasında telekommunikasiya, informasiya texnologiyaları, startaplar, innovasiyalar, yüksək texnologiyalar sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Eyni zamanda, ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin