“Heç bir ifaçı ilə eyni verilişə çıxmaq istəmirəm”


Şou-biznes 15 Okt 2019 14:06:00 295 0

“Heç bir ifaçı ilə eyni verilişə çıxmaq istəmirəm”

Əməkdar artist Elnarə Abdullayeva "Xəzər" televiziyasında yayımlanan "5-də 5" verilişinin qonağı olub.

Son.az ölkə.az-a istinadən bildirir ki, xanəndə verilişdə bir neçə qalmaqallı açıqlamalar verib. O bildirib ki, bundan sonra heç bir müğənni ilə birlikdə efirlərə çıxmayacaq.

"Haqqımda çox xoşagəlməz sözlər eşidirəm. Hətta məni el şənliklərinə dəvət etmək istəyənərə deyirlər ki, Elnarə məşğuldur. Mənim də ürəyim hər kəsdən qırılıb. Buna görə də heç bir ifaçı ilə eyni verilişə çıxmaq istəmirəm".

Verilişin aparıcısı Zaur Kamal bildirib ki, Abdullayeva yalnız xanəndə Zabit Nəbizadənin onunla bir yerdə efirə çıxmasına icazə verib.