Litvanın Azərbaycandakı yeni səfiri ilə görüş keçirilib


Digərləri 15 Okt 2019 14:08:24 280 0

Litvanın Azərbaycandakı yeni səfiri ilə görüş keçirilib

Görüşdə Azərbaycan və Litva arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Bakı. 15 oktyabr 2019-cu il tarixində Litva Respublikasının Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri cənab Egidijus Navikas ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Litva arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.