İngiltərə Futbol Assosiasiyası UEFA-ya rəsmi müraciət ünvanladı


İdman 15 Okt 2019 13:18:00 349 0

İngiltərə Futbol Assosiasiyası UEFA-ya rəsmi müraciət ünvanladı

İngiltərə Futbol Assosiasiyası (İFA) UEFA-ya rəsmi müraciət ünvanlayıb.

Goal.az xəbər verir ki, qurum Bolqarıstanla AVRO-2020-nin seçmə mərhələ oyununda baş verənlərin araşdırılmasını tələb edib.

Bolqarıstanlı azarkeşlər oyunun gedişində İngiltərə yığmasının futbolçuları Rahim Sterlinq və Tiron Minqsə qarşı meymun səsləri çıxarıblar. Buna görə oyun bir müddət dayandırılıb. Stadionda azarkeşlər irqçi şüarlara davam edəcəyi təqdirdə matçın dayandırlacağı qeyd olunub. 

İngiltərə Futbol Assosiasiyası təqsirkarların cəzalandırılmasını tələb edib: "İngiltərəli oyunçuların Bolqarıstanla oyun zamanı irqçilərin iyrənc təzyiqlərinə məruz qaldıqlarını təsdiqləyə bilərik. Bu, istənilən halda qəbuledilməzdi. Futbolçularımız ilk dəfə deyil ki, belə halla üzləşirlər. Cəmiyyətdə belə bir davranış qəbuledilməzdi. UEFA-dan təcili olaraq araşdırma aparmasını xahiş edirik".

Xatırladaq ki, Bolqarıstan - İngiltərə matçı qonaqların 6:0 hesablı qələbəsi ilə başa çatıb.