"Maşın"ın finalçıları nə işlə məşğuldurlar?


Şou-biznes 15 Okt 2019 13:03:00 219 0

"Maşın"ın finalçıları nə işlə məşğuldurlar?

Dünən gecə "Maşın" realiti-şousunun aparıcısı Murad Dadaşov sonuncu dəfə səsverməyə "stop" deyib. Bununla da şounun finalçıları məlum olub. Bunlar müğənni və bəstəkar Ramal İsrafilov, teleaparıcı Lalə Mustafayeva və "foodblogger" Suna Kasımoğlu olub.

Son.az ölkə.az-a istinadən "Maşın" şounun "Maskarad"ında finala qalan 3 iştirakçı haqqında qısa məlumatı təqdim edir:

Müğənni və bəstəkar Ramal İsrafiloğlu

İsrafilov Ramal 1985-ci il iyun ayının 15-i Şamaxı şəhərində musiqiçi ailəsində dünyaya göz açıb. Valideynlərinin dediyinə görə, 3 yaşında olarkən pianoda ilk dəfə "Cücələrim" mahnısını ifa edib. 1997-ci ildə təhsilini davam etdirmək üçün Bakı şəhəri Bülbül adına orta ixtisas musiqi məktəbinin xanəndə sinfinə daxil olub.

2002-ci ildə görkəmli Azərbaycan bəstəkarı Vaqif Gərəyzadənin yaratdığı "Aypara" vokal qrupuna dəvət olunub.

2004-cü ildə Azərbaycan müğənnisi Abbas Bağırovla birgə yaratdığı "A-Trio" adlı qrupda solist olaraq fəaliyyət göstərib. 2009-cu ildə solo karyerasına start verib və hal-hazırda çox ciddi olaraq həm bəstəkar, həm də müğənni kimi fəaliyyət göstərir.

Ramal xalq artisti Mələkxanım Əyyubovanın qardaşı oğludur.

Teleaparıcı Lalə Mustafayeva

Lalə Mustafayeva 1977-ci ildə anadan olub. 

"Miss Xəzər 2002" titulunun sahibi, keçmiş model və populyar teleaparıcı uzun müddət "Lider" televiziyasında çalışıb.