"Bakıdakı məktəblərin 85 faizində şagird qəbulunda ərazi prinsipi tətbiq olunmur"


Digərləri 15 Okt 2019 12:35:00 276 0

"Bakıdakı məktəblərin 85 faizində şagird qəbulunda ərazi prinsipi tətbiq olunmur"

Paytaxt məktəblərinin böyük əksəriyyətinə, yəni 85 faizindən çoxuna birinci sinfə qəbul zamanı ərazi prinsipi tətbiq olunmur.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda konfransda çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev deyib.

Onun sözlərinə görə, bəzi məktəblərdə süni şagird sıxlığının qarşısını almaq məqsədilə qəbul, ilk növbədə, prioritetlər (valideynin mikroərazidə daimi qeydiyyatı, bacı və ya qardaşın həmin məktəbdə oxuması, valideynlərdən birinin həmin məktəbdə işləməsi) əsasında aparılır və bu proses sistem tərəfindən tənzimlənir.

R.Tağıyev qeyd edib ki, 2019-2020-ci dərs ilində ümumilikdə paytaxt üzrə 48 763, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin I sinfinə isə 46 293 uşaq qəbul edilib.