“Hamınız düz, pak yolla gəlmisiniz, mən əyri yolla”


Şou-biznes 15 Okt 2019 12:08:00 277 0

“Hamınız düz, pak yolla gəlmisiniz, mən əyri yolla”

İki dəfə səs toplamışam, səni çıxarmağa şansım olub, amma çıxarmamışam.

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Lalə Mustafayeva ötən gün oyunu tərk edən Kəmalə Piriyeva ilə qalmaqal yaşayarkən deyib.

Kəmalə isə "Məni oyundan çıxarardın. İndi bunu mənə minnət kimi deyə bilməzsən" sözləri ilə cavab verib.

Lalə daha sonra "Tapdalaya-tapdalaya maşını qazanmaq olmaz. Çıxarın məni, rahat olun! Hamınız oyuna belə düz gəlmisiniz?" sözləri ilə Kəmaləni özündən çıxarıb.

"Sən mənim oyuna əyri gəldiyimi deyə bilməzsən. "Hamınız düz gəlmisiz?" sözünü bir də işlətmə. Şəxsən mənim adımı çəkmə. Bu söz nə deməkdir axı? Sən özünü müdafiə etmək üçün, hər sözdən istifadə edirsən. Bu sözləri demə", - Kəmalə etirazını bildirib.