Bakıda qadını vurub qaçan sürücü tapıldı


Kriminal 15 Okt 2019 11:45:00 225 0

Bakıda qadını vurub qaçan sürücü tapıldı

Bakıda qadını avtomobillə vurub qaçan sürücü tapılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, paytaxtın Səbail rayonu, Salyan şosesi 32 ünvanında Abşeron rayon sakini, 1975-ci il təvəllüdlü İsmayılova Aidə Rüstəm qızını vurub hadisə yerindən qaçan 1974-cü il təvəllüdlü Abbasov Zamir Tofiq oğluna məxsus 90 UK 674 dövlət nömrə nişanlı tünd boz gümüşü rəngli "KİA Sorento" markalı avtomobilin olduğu müəyyən edilib.

Keçirilən əməliyyat-axarış tədbirləri nəticəsində avtomobil saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.