Nə yaraşıq, nə pul,... Qadınlar kişiləri bu cəhətinə görə seçirmiş...


Digərləri 15 Okt 2019 11:40:00 236 0

Nə yaraşıq, nə pul,... Qadınlar kişiləri bu cəhətinə görə seçirmiş...

İsveçrədə maraqlı araşdırma aparılıb.

Son.az Onedio-ya istinadla xəbər verir ki, bioloq Claus Wedekind qadınlar kişiləri onların hansı xüsusiyyətinə görə seçdiyini araşdırıb. Araşdırmanın nəticəsi isə gözlənilməz olub.

Bioloq araşdırmada iştirak edən kişilərə 2 gün ərzində eyni köynəyi geyinməyi tapşırıb. Onlara bu müddət ərzində ətir və ya hər hansı dezodorantdan istifadə etmək qadağan olunub.

2 gün sonra həmin köynəkləri qoxlamaq üçün qadınlara verib və hansı qoxunun daha xoş gəldiyini soruşublar.

Qadınların hansı köynəyi seçdiyini qeyd etməzdən əvvəl aşağıdakı məlumatı nəzərinizə çatdırırıq:

MHC molekulu bədənə məxsus qoxunu müəyyənləşdirən gendir. Bu molekulların düzülüşü fərqli bədən qoxusunun yaranmasına səbəb olur. Bundan əlavə, həmin molekullar ağır xəstəliklər zamanı bədənin müqavimətini artıran antikorlar istehsal edir.

İnsanlar daima sağlam, güclü nəsil artırmaq niyyətindədirlər. Buna görə də, həyat yoldaşını seçən qadın, sadəcə, ona xoş gələni deyil, həm də ona sağlam uşağı verəcək kişini seçir. Qeyd etdiyimiz ikinci seçim çox vaxt fərqində olmadan edilir.

(adsgarden = window.adsgarden || []).push({});