Bu küçə və yollarda rənglənmə işləri aparılacaq


Digərləri 15 Okt 2019 11:04:00 238 0

Bu küçə və yollarda rənglənmə işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Xocəsən-Lökbatan və Bakı Dairəvi-1 avtomobil yollarında, gecə saatlarında isə Nərimanov rayonu, Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində, həmçinin Nizami, Rüstəm Rüstəmov küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu barədə Son.az "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə istinadən xəbər verir.

Agentlik sürücülərdən sözügedən küçə və yollarda hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.

(adsgarden = window.adsgarden || []).push({});