Bakıda avtobus minik avtomobili ilə toqquşdu FOTO


Digərləri 15 Okt 2019 10:07:00 237 0

Bakıda avtobus minik avtomobili ilə toqquşdu  FOTO

Bu gün səhər saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə Moskva prospekti, "Şamaxinka" deyilən ərazidə qeydə alınıb.

Belə ki, şəhər istiqaməti ilə hərəkətdə olan sərnişin avtobusu "Toyota" markalı minik avtomobili ilə toqquşub. Hadisədə xəsarət alan olmasa da "Toyota"ya ziyan dəyib, avtobus sürücüsü isə sərnişinləri düşürərək digər nəqliyyat vasitəsinə əyləşməyi xahiş edib.

Qəza səbəbindən sözügedən ərazidə tıxac yaranıb.