Mətanət Abbası pərt etdi: "Süddən yanıqsan"


Şou-biznes 15 Okt 2019 10:14:00 276 0

Mətanət Abbası pərt etdi: "Süddən yanıqsan"

ATV-də yayımlanan "Üçümüz" əyləncəli-yumoristik proqramında qonaq olan Əməkdar artist Abbas Bağırov verilişdə pərt vəziyyətə düşüb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, proqramın formatına uyğun olaraq, qonaqlar həmkarlarına efirdə zəng vurub, onları aparıcıların öncədən hazırladığı sözlərlə məsxərəyə tutub, zarafat edirlər.

Bu dəfə isə verilişdə tam əks vəziyyət baş verib.

Belə ki, Abbas sənət yoldaşı Mətənat Əsədovaya zəng vurub. Xanım müğənnini toya oxumağa çağıran Bağırov onunla aparıcıların təqdim etdiyi sözlərlə zarafat edib.

Mətanət isə "Bu nə danışıqdır? Sənə nə olub, ay Abbas?" deməklə qarşı tərəfi güldürüb.

Əməkdar artist isə "O gün toydan çıxanda nə görsəm, yaxşıdır? Avtomobilimin önündə süd maşını dayanıb" deyə dialoqu davam etdirib.

Mətanətin Abbasa "Onlar bilir axı, süddən yanıqsan" söyləməsi studiyada əyləşən tamaşaçıların gülüşünə səbəb olub.