Nəsiminin 650 illik yubileyi ilə əlaqədar kütləvi ağacəkmə tədbirləri Azərbaycanın xaricdəki səfirliklərində də keçiriləcək
Digərləri 15 Okt 2019 10:32:00 78 0
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gün ərzində 650 min ağacın əkilməsi tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi üçün Xarici İşlər Nazirliyinə müraciət edib.
Bu xəbəri də oxu: Azərbaycan-Gürcüstan birgə ali məktəbinin yerləşəcəyi yer açıqlanıb
Son.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar görülən tədbirlər çərçivəsində noyabrın sonlarında bir gün ərzində 650 min ağacın əkilməsi planlaşdırılır. Həmin gündə Azərbaycanın xaricdə yerləşən səfirliklərinin ərazilərində də ağacəkmə tədbirləri keçiriləcək: "Ekologiya və Təbii Sərvətlər Nazirliyi Heydər Əliyev Fondu ilə birlikdə artıq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu təşəbbüsünün reallaşması üçün işlərə başlayaraq tədbirlər planı hazırlayıb. Azərbaycanın tarixində ilk dəfədir ki, 1 gün ərzində bu qədər çox sayda ağac əkiləcək. Bu xeyirxah missiyaya ölkəmizdə fəaliyyət göstərən dövlət, qeyri-dövlət qurumlarının, diplomatik korpusların nümayəndələri və vətəndaşlarımız ruh yüksəkliyi ilə qoşulur. Aksiyanın Azərbaycanın xaricdə yerləşən səfirliklərinin ərazilərində də keçirilməsi Nəsiminin bir daha beynəlxalq aləmə tanıdılması imkanı yaradır".
Qeyd edək ki, Azərbaycan iqlim dəyişmələri ilə mübarizədə qlobal səylərə öz töhfəsini vermək üçün 2030-cu ilə qədər istixana effekti yaradan qaz tullantıları səviyyəsinin 1990-cı il səviyyəsindən 35 faiz aşağı salınmasını hədəf kimi götürüb. Bu nəcib təşəbbüs eyni zamanda iqlim dəyişmələrinin təsirlərinin azaldılmasına, təbiətin ekoloji cəhətdən sağlamlaşması işinə öz töhfəsini verəcək.
Ötən gün "Altın kelebek"ə Kəmalə Piriyevanın da namizəd olmas

Gecikdirilmiş 108 513 manat əmək haqqı, zərərə görə ödənc və s. iş

Yaponiyanın 13 rayonunda təxminən 130 min mənzil və fərdi evdə su təchiz

Son günlər hamiləlik kiloları ilə gündəmdə olan türkiyəli aktrisa Fahr

Bakıda Türk Şurasının sammiti türkdilli ölkələr arasındakı əməkdaş

ATV-də yayımlanan "Üçümüz" əyləncəli-yumoristik proqramında

Agentlik sürücülərdən sözügedən küçə və yollarda hərəkətdə olark

"Azərbaycan gözəli 2019" gözəllik müsabiqəsinin qalibi Melisa N

Bu gün səhər saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Oktyabrın 14-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının

Kürdəmir rayonunun Pirili kəndində “NİVA” markalı minik avtomobilinin

Böyük Turan idefiks, xəyal, illüziya və ilğım deyil. Tam əksinə, türkd

Bu gün səhər saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

19 yaşlı azərbaycanlı aktyor - Timur Zaur oğlu Əkbərov özünü Rusiyanı
