Havanı çirkləndirən metaləritmə sexi cəzalanıb


Digərləri 15 Okt 2019 10:38:20 231 0

Havanı çirkləndirən metaləritmə sexi cəzalanıb

Nazirliyin əməkdaşları tərəfindən sözügedən ərazinin atmosfer havasından götürülən nümunələr üzərində analizlər aparılıb və etil-benzolun qatılığının normadan 1,6 dəfə artıq olduğu müəyyən edilib.

Bakı. İlhamə İsabalayeva - Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi 55 ünvanında fəaliyyət göstərən “Az Lead” MMC-yə məxsus metaləritmə zavodundan atmosferə atılan tullantılarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət əsasında araşdırma və monitorinq keçirilib. Nazirliyin əməkdaşları tərəfindən sözügedən ərazinin atmosfer havasından götürülən nümunələr üzərində analizlər aparılıb və etil-benzolun qatılığının normadan 1,6 dəfə artıq olduğu müəyyən edilib. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında 4 saylı Regional ekologiya idarəsinin rəisi Mübariz Vəliyev bildirib. Faktla bağlı MMC-nin direktoru Elman Abdullayev barəsində akt və protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə edilib.